Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Dr.Sevinc Kərimova 31 may – 2 iyun 2024-cü il tarixlərində Azərbaycan Dermatovenerologiya Assosiasiyası və Avrasiya Dermatologiya və Venerologiya Akademiyasının Assosiasiyası ilə birlikdə Bakıda keçirilən 2-ci Azərbaycan-Türkiyə Dermatoveneroloqlar Konqresində iştirak edib.
Konqresdə Türkiyədən və Azərbaycandan olan, dermatovenerologiya və dermatokosmetologiya sahəsində aparıcı mütəxəssislər çıxış ediblər, bu sahədə aktual mövzularda kurslar təşkil edilmişdir. Konqresin ilk günündə Türkiyə və Azərbaycan alimləri tərəfindən təşkil edilmiş kurslarda master klasslar təqdim edilmiş, 2-ci və 3-cü günlər ümumi dermatologiya, saç xəstəlikləri, psoriaz, atopic dermatit, tibbi kosmetologiya və estetik təbabət, dərinin infeksion xəstəlikləri, dermatoonkologiya və dermatoskopiya, tibbi kosmetologiya və estetik təbabət və digər mövzularda məruzələr dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Dr.Sevinc Kərimovaya iştirak sertifikatı təqdim edilib.