1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb
03.06.2024

KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb 

“Yaşıl iqtisadiyyat” ilə bağlı layihələrin də olduğu qaliblərin hər birinə 20 min manata qədər qrant vəsaiti ayrılacaq. 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş beşinci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 21-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq. 

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının iyunun 3-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə KOB subyektləri tərəfindən 290 layihə təqdim olunub. KOB subyektlərinə məxsus layihələrin 126-sı hüquqi, 163-ü fiziki şəxslərə, 1-i isə qeyri-sahibkara, o cümlədən 279-u mikro, 9-u kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 108-i təhsil, 15-i elm, 53-ü tədqiqat və 113-ü dəstək layihələridir. Layihələrin 11-i “yaşıl iqtisadiyyat” ilə bağlıdır.  

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinə sənəd qəbulu 4 mart – 2 aprel 2024-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 4 aprel - 15 may 2024-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. 

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından öyrənmək olar: https://smb.gov.az/az/nav/qrant


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment