“YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi həyata keçirilir.
4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılır.
Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edəcək.
Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.
Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!
Layihənin logistika dəstəkçisi Abşeron Logistika Mərkəzidir.