1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib
01.06.2024

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin aparıcı banklarından biri olan AccessBank media tərəfdaşlarının övladları üçün unikal tədbir təşkil edib.

Tədbirdə bankın müxtəlif departamentlərinə ekskursiya keçirilib, gənc iştirakçılar maliyyə institutunun işi ilə daxildən tanış ola biliblər. Onlar həmçinin maliyyə savadlılığının artırılması üzrə təlimdə iştirak ediblər.


Ekskursiya zamanı uşaqlar bankın əsas iş prinsipləri və müştəri xidmətləri ilə tanış olublar. Onlar üçün ən unikal hadisə bunkerə daxil olmaq, bankın binası və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi prosesləri ilə tanış olmaq, eləcə də plastik kartların istehsalı prosesini müşahidə etmək olub. Bundan əlavə, onlar müştəri məmnunluğunun təmin edilməsində mühüm element olan çağrı mərkəzinin işi ilə də tanış olublar. Onlar özlərini bank işçisi rolunda sınamaq imkanı əldə etdilər ki, bu da təkcə maraqlı deyil, həm də maarifləndirici hadisə idi.

AccessBank, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) dəstəyi ilə uşaqlar üçün maliyyə savadlılığının artırılması mövzusunda təlim təşkil edib. İştirakçılar maliyyə savadlılığının əsaslarını öyrənib, əskinaslar, xərclərin düzgün bölüşdürülməsi zərurəti, ailə büdcəsinin formalaşmasında uşaqların iştirakı haqqında məlumat əldə etdilər.

AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev uşaqları bayram münasibəti ilə təbrik edərək onlara sertifikatlar təqdim etdi və bu da hadisələrlə dolu maraqlıgünün xoş yekunu oldu.

AccessBank uşaqların dünya görüşünün genişləndirilməsi və erkən yaşlarından maliyyə savadlılığının formalaşmasına töhvə vermək məqsədilə, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində analoji təşəbbüslərin həyata keçirilməsi və dəstəklənməsini davam etdirəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-i bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment