1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib
31.05.2024

Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib 

Konfransda başlıca elementlərindən biri ətraf mühitlə bağlı olan ESG prinsiplərinin tətbiqinin biznes üçün faydası, bu sahədə görülmüş işlər və hədəflər müzakirə edilib. 

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi “yaşıl iqtisadiyyat” konsepsiyasının, eləcə də başlıca eleməntlərindən biri ətraf mühitlə bağlı olan ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin və onun biznesdə tətbiqinin, bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyətinin aktuallığını artırıb. 

Bu məqsədlə “Bakı KOB evi”ndə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda Konfrans keçirilib. 

Tədbirdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun tərkibində fəaliyyət göstərən ESG üzrə altqrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, ekspertlər, eləcə də sahibkarlar, ali təhsil müəssisələri və ictimai birliklər iştirak ediblər.  

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ESG-nin biznes subyektləri də daxil olmaqla, ümumilikdə əhali üçün faydası, bu prinsiplərin tətbiqi sahəsində görülən işlər, ESG-nin əsas elementlərindən olan ekologiya və sosial sahələrdə görülən tədbirlər və özəl sektorla əməkdaşlıq barədə fikirlərini bölüşüblər. 

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini, ESG standartları üzrə altqrupun rəhbəri Natiq Həsənov altqrupun fəaliyyətinə və görülmüş işlərə dair məlumat verib.  Qeyd olunub ki, ESG yanaşmasının əsas istiqamətlərindən biri ətraf mühit məsələləri ilə bağlıdır. ESG prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a transformasiya prosesinə əhəmiyyətli töhfə vermək imkanına malikdir. 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol Xəritəsinin icrası çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyət təhlil edilib, beynəlxalq təcrübə öyrənilib, sorğu keçirilib.

Tədbir çərçivəsində ESG üzrə ekspertlər tərəfindən “yaşıl iqtisadiyyat” ilə ESG prinsipləri arasında əlaqə, uğurlu “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində özəl sektorun gözləntiləri və təşəbbüskarlığı, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələləri, dövlət şirkətlərində ESG təşəbbüslərinə dair təqdimatlar keçirilib, fikir mübadiləsi aparılıb.

Konfransda KOBİA tərəfindən hazırlanmış ESG-yə dair məcmuə iştirakçılara təqdim edilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment