|
|
|
Fond birjası | | | "Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır |
31.05.2024 | |
| |
31 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 50,000,000 (əlli milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 3-7 iyun 2024-cü il tarixləri aralığında "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 10 iyun 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
"Kapital Bank” ASC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2009005151
|
İstiqrazın növü və forması
|
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
|
İstiqrazın sayı
|
500,000 (ədəd)
|
İlkin ticarət qiyməti
|
100 manat
|
Buraxılış həcmi
|
50,000,000 manat
|
İllik gəlirlilik faizi
|
10%
|
Ödəmə Periodu
|
Ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
|
Tədavül müddəti
|
1 il
|
Anderrayter
|
“Paşa Kapital İ.Ş” QSC
|
Ticarətə buraxılma tarixi
|
10.06.2024
|
Ticarət üsulu/forması
|
Kütləvi/Abunə yazılışı
|
|
|
|
|