|
|
|
Fond birjası | | | Bakı Fond Birjasında Kəpəz BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
24.05.2024 | |
| |
18 aprel 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kəpəz" BOKT MMC-nin buraxılış həcmi 500,000 (beş yüz min) manat dəyərində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
"Kəpəz" BOKT MMC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2010020801
|
İstiqrazların növü və forması
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
Yerləşdirmə üsulu
|
Birqiymətli
|
Buraxılış həcmi
|
500,000 (beş yüz min) manat
|
İstiqrazların sayı
|
500 (ədəd)
|
İlkin ticarət qiyməti
|
1,000 manat
|
İllik faiz dərəcəsi
|
14%
|
Ödəmə periodu
|
ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30(otuz) gündən bir
|
Tədavül müddəti
|
60 ay
|
Hərrac tarixi
|
27.05.2024
|
Anderrayter
|
“Unicapital” İnvestisiya şirkəti ASC
|
|
|
|
|