14 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070122ISIN-li, 90 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 92.3252 (9.50%)manat və 96.0402(8.0110%)manat olan 60 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4290 (9.05%)manat, orta ölçülmüş qiymətiisə 94.2814 (8.7069%)manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110,332,200 manat,yerləşdirilmiş həcmi isə 50,000,700 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 11.05.2027-ciildir.
Hərrac iştirakçıları 15 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.