1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub
08.05.2024

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub 

Səfər zamanı KOBİA nümayəndələri bir sıra görüşlər keçirib, “AİM Congress” ilə tərəfdaşlıq haqqında sənəd imzalanıb. 

Mayın 7-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində ənənəvi İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting – AİM) öz işinə başlayıb. Tədbirdə iştirak etmək, eləcə də KOB-ların inkişafına yönəlmiş əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Əbu-Dabidə səfərdə olublar. 

KOBİA nümayəndələri “AIM Congress”in açılış mərasimində və tədbir çərçivəsində təşkil olunmuş “KOB-lar və xarici investisiyalar: çağırışlar və imkanlar” mövzusunda panel iclasda iştirak ediblər. Paneldə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların birbaşa xarici investisiya potensialı barədə Azərbaycan təcrübəsinə dair fikirlərini bölüşüb. Qeyd edilib ki, yerli KOB-lar satışı artırmaq üçün əhatə dairəsini genişləndirir, yeni bazarlara çıxmağa və müştəri bazalarını böyütməyə çalışırlar. Bununla belə yerli KOB-lar xarici sərmayələri cəlb etmək, yeni bazarlara daxil olmaq prosesində müəyyən çətinliklərlə qarşılaşırlar. Kiçik sahibkarların qarşılaşdıqları belə çətinliklər əsasən məhdud resurslar, biznes biliklərinin az olması, xarici bazarlarda məhsullara dair ciddi tələblər ilə bağlıdır. Bu istiqamətdə Agentlik KOB-lar üçün ödənişsiz təlimlər keçirir, məsləhət xidmətləri göstərir, sərgilərə çıxışa dəstək olur, müxtəlif ölkələrin aidiyyəti qurumları ilə əlaqələri genişləndirir.   

“AIM Congress” çərçivəsində sərgi də keçirilir və ölkəmiz burada "Invest in Azerbaijan" stendi ilə təmsil olunur. KOBİA nümayəndələri səfər zamanı sərgini və ölkə stendimizi də ziyarət ediblər. Stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə, eləcə də sahibkarlara dəstək göstərən qurumların, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilir.  

“AIM Congress”də startaplar üçün xüsusi proqram da təşkil olunub. Tədbirdə ölkəmizi “AIM Congress” üzrə milli turun qalibi “Recepta” startapı təmsil edir. Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” dünyanın 100-dən çox ölkəsindən olan startaplarla investisiya uğrunda mübarizə aparır. Səfər zamanı KOBİA nümayəndələri “Recepta”nın komandası ilə görüşüb, layihəyə xarici investorların marağı barədə fikir mübadiləsi aparıblar. 

Səfər çərçivəsində KOBİA nümayəndələri San Marinonun sənaye, əl sənəti, ticarət və texnoloji araşdırmalar naziri Fabio Righi, Türkmənistanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Bankının İdarə Heyətinin sədri Rahimberdi Jepbarov, Əlcəzair İş Adamları Assosiasiyasının prezidenti Zertit Haisem və Küveyt Biznes Şurasının prezidenti Feras Adel Məhəmməd Əl-Salem ilə görüşüblər. Görüşlərdə biznes qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün institusional əməkdaşlığın qurulmasına, mümkün əməkdaşlıq istiqamətlərinə, KOB-larla bağlı təcrübəyə dair fikir mübadiləsi aparılıb.

Həmçinin, səfər zamanı KOBİA və “AIM Congress” arasında tərəfdaşlığa dair sənəd imzalanıb.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment