6 may 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Naxçıvanda şəhid və qazi ailələrinin üzvləri üçün keçirilən tibbi-sosial xeyriyyə aksiyada iştirak edən əməkdaşlarla görüş keçirilib
6 may 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 2-4 may 2024-cü il tarixlərində Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsindəşəhid və qazi ailələrinin üzvləri üçün keçirilən tibbi-sosial aksiyaya Mərkəzi Gömrük Hospitalından cəlb edilmiş yüksəkixtisaslı mütəxəssislərdən ibarət tibbi briqada və təşkilati heyət ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent, toksikoloq İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, həkimlər və əməkdaşlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 2-4 may 2024-cü il tarixlərində “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan şəhərində keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Yüksək səviyyədə keçirilən tədbirlərin Naxçıvanda fəaliyyət göstərən gömrükçülər, tibb işçiləri, şəhid və qazi ailələrinin üzvləri üçün faydalı olduğunu qeyd edən İdarə rəisi Ceyhun Məmmədov çıxışının sonunda Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevə, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayevə, həkimlərə və bütün təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirin sonunda “Naxçıvan sağlamlıq günləri” çərçivəsindəşəhid və qazi ailələrinin üzvləri üçün keçirilən tibbi-sosial aksiyaya cəlb edilmiş tibbivə təşkilati heyətəAzərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş təşəkkürnamələr təqdim olunub.