1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib
04.05.2024

3 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdən öncə qonaqlar Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin sərgi salonunda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan sərgiyə baxıblar. Konfrans Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq, “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvanda keçirilən silsilə tədbirlərin keçirilməsinə görə Naxçıvan Baş Gömrük İdarəsinə, Naxçıvan Səhiyyə nazirliyinə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə öz təşəkkürünü bildirib. Rektor Elbrus İsayev muxtar respublikada ali təhsilin formalaşması və inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosiali-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət proqramında” universitet ali təhsilin inkişafı üçün xüsusi maddələrin olmasını ali təhsilə göstərilən xüsusi diqqətin bariz nümunəsi hesab edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxışında Ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində və onun doğma Vətənində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyətindən danışıb. Daha sonra Ceyhun Məmmədov bildirib: “Mərkəzi Gömrük Hospitalı ən ağır xəstələr üçün həyatda qalmağın son çıxış yolu olan orqan və toxuma transplantasiyası sahəsində öndədir. Biz hər zaman çalışmışıq ki, bu sahədə ölkədə baş verən proseslərə, islahatlara, eləcə də bu sahənin digər tibb müəssisələrində də inkişafına dəstək olmaq məqsədilə müntəzəm olaraq orqan transplantasiyasına aid konfranslar, seminarlar, vebinarlar keçirək. Ölkəmizdə orqan transplantasiyası sahəsində qəbul olunmuş qanuna əsasən orqan transplantasiyası əməliyyatları zamanı meyit orqanlarından istifadə etmək mümkündür. Bunun üçün isə düzgün beyin ölümü diaqnozunun təyini zəruridir. Bugünkü konfransımızda bütün bu məsələlər müzakirə olunacaq və ümid edirəm ki, tədbir iştirakçıları üçün çox faydalı və maraqlı olacaq”.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov çıxışında bildirib ki, hər bir cəmiyyəti irəliyə aparan onun baxışıdır, düşüncəsidir, gələcəyə bağlı olan strategiyasıdır. Rəşad Mahmudov bildirib: “Naxçıvan sağlamlıq günləri” çərçivəsində həyata keçirilən tədbirlərdən sonra Naxçıvan Dövlət Universiteti ilə birlikdə Naxçıvanın səhiyyə həyatında bundan sonra da gözəl işlər görmək üçün bizə gözəl fürsətlər yaradılır. Düşünürəm ki, təmsil etdiyim qurumun bütün işçiləri bütün enerjilərindən sonuna qədər istifadə edəcəklər”.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudovun və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirovanın moderatorluğu ilə keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Dr.Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Dr.Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d Dr.Yeganə Abbasova “Beyin ölümüdən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti” mövzularında çıxış ediblər.

Konfransın bağlanış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda meyitdən orqan transplantasiyası əməliyyatlarından danışıb, deyib ki, gələcəkdə bu cür əməliyyatlar olacaq və ola bilər ki, ilk əməliyyat elə Naxçıvan Respublikasında icra edilsin.

Konfransın əhəmiyyətini vurğulayan rəis müavini deyib: “Mən bu gün burada Naxçıvan Dövlət Universitetinin müəllimlərini, çoxlu tələbələri görürəm, hesab edirəm ki, bugünkü konfrans tədris prosesinə çox böyük təkan verəcək. Burada verilən müasir, bu günümüzə uyğun biliklər həm tələbələr, həm rezidentlər üçün, həm də müəllimlər üçün çox faydalı oldu”.

Çıxışının sonunda İsmayıl Əfəndiyev konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

Konfrans xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment