|
|
|
Digər xəbərlər | | | “Startap” şəhadətnaməsinin dublikatını almaq olurmu? |
03.05.2024 | |
| |
“Startap” şəhadətnaməsi itirildikdə və ya zədələndikdə, şəhadətnamənin sahibi onun dublikatının verilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə - KOBİA-ya ərizə ilə müraciət etməlidir. KOBİA ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində “Startap” şəhadətnaməsinin dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir. “Startap” şəhadətnaməsinin dublikatı verilənədək şəhadətnamənin sahibi öz fəaliyyətini Agentliyə təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. “Startap” şəhadətnaməsinin dublikatı itirilmiş və ya zədələnmiş şəhadətnamə ilə eyni hüquqi qüvvəyə malikdir.
https://www.smb.gov.az/az/all-news/startap-sehadetnamesinin-dublikatini-almaq-olurmu
|
|
|
|