|
|
|
Digər xəbərlər | | | ABA və Beynəlxalq Valyuta Fondu arasında onlayn görüş keçirilmişdir |
03.05.2024 | |
| |
30 aprel 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu” və Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) ekspertləri arasında onlayn görüş keçirilmişdir.
İclasda bank sektorunun makroprudensial vəziyyəti haqda müzakirə aparılmışdır.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
|
|
|
|