1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda maariflən
02.05.2024

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 2 may 2024-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi,  gömrük xidməti general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrinin əməkdaşları və digər nümayəndələr iştirak ediblər.  

Təlimin açılış mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev təlim iştirakçılarını salamlayaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində 2-4 may 2024-cü il tarixlərində keçiriləcək təlim, konfrans və sosial tibbi aksiya barədə ətraflı məlumat verib. İdarə rəisi Vüqar Əliyev çıxışında Ümumilli lider Heydər Əliyevin Naxçıvanda gömrük sisteminin qurulmasında, eləcə də səhiyyə sahəsinə verdiyi töhvələrdən danışıb. O, qeyd edib ki, məhz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın gömrük və səhiyyə sistemi bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, bu sahələrdə böyük uğurlar qazanılmışdır. 

İdarə rəisi Vüqar Əliyev bugünkü təlimdə gömrük əməkdaşlarının gündəlik işlərində qarşılaşdıqları çətinliklər, iş fəaliyyətləri zamanı yaşadıqları stresslər, onların qarşısının alınması yolları haqqında danışaraq, qeyd edib ki, dövlət sərhəd buraxılış məntəqələrində çalışan əməkdaşlar hər zaman düşünməlidirlər ki, məqsədimiz birdir – dövlətimizə, dövlətçiliyimizə sədaqətlə, məsuliyyətlə, vicdanla xidmət etməkdir. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək, bildirib ki, gömrük işçilərinin xidmətlərinin keyfiyyətini, işdə yaranan stresslərə qarşı davamlılıqlarını, iş məmnunluğunu artırmaq, tükənmə sindromunun qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təlimlər proqramı hazırlanmışdır. Yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılan bu təlimlərin əsas məqsədi işlə bağlı stress və onun qarşısının alınması istiqamətində gömrükçüləri məlumatlandırmaqdır. 

Daha sonra təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim  Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: stressə davamlılığın artırılması” mövzusunda,  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə  “Effektiv iş mühitinin yaradılmasında komanda işi və effektiv ünsiyyətin əhəmiyyəti” mövzularında təqdimatlarla çıxış ediblər. Təlimin sonunda mövzular ilə bağlı gömrükçülərin çoxlu sayda sualları cavablandırılıb.

Təlim xatirə şəklinin çəkilməsi ilə başa çatıb.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment