Azərbaycan və Pakistan iş adamları arasında B2B görüşlər keçirilib
B2B görüşlərdə iştirak edən şirkətlər fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq və ixrac imkanları barədə müzakirələr aparıblar.
Pakistanın İslamabad Kiçik Ticarətçilər və Sənayeçilər Palatasının nümayəndələrindən və iş adamlarından ibarət heyətin ölkəmizə səfəri çərçivəsində Bakı Biznes Mərkəzində B2B görüşlər keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş B2B görüşlərdə Azərbaycan və Pakistanın sənaye, qida, turizm, elektronika və digər sektorlarında fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Görüşlərdə şirkətlər qarşılıqlı olaraq fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq və ixrac imkanları barədə müzakirələr aparıblar.
B2B görüşlərdə İslamabad Kiçik Ticarətçilər və Sənayeçilər Palatasının prezidenti Sajad Sarvar və vitse-prezident Syeda Vajida Salem də iştirak ediblər.