1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Avropa İttifaqı “Startap haradan başlayır?” mövzusunda təlim keçirib
30.04.2024

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində biznes ideyasını formalaşdırmış, lakin buna haradan başlamalı olduğunu bilməyənlər üçün “Startap haradan başlayır?” mövzusunda praktiki seminar keçirib. 

Tədbirin əsas məruzəçiləri - “Saatsrore” brendinin təsisçisi Hüseyn Hümbətov, videobloqqer, “Libraff” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Sərxan Rüstəmov və kommunikasiya məsələləri üzrə ekspert Afət Yaqubova kiçik biznes qurmaq üçün lazım olan bacarıqlar, bu bacarıqları artırmaq üçün oxunmalı kitablar, nəhayət, sosial şəbəkələrdən istifadənin kiçik biznesin inkişafına verə biləcəyi dəstək barədə mülahizələrini auditoriya ilə bölüşüblər. 

Avropa İttifaqı 2023-2024-cü illəri “Avropa bacarıqlar ili” bəyan etmişdir. Məqsəd innovasiyaları və rəqabəti dəstəkləməklə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsi yolu ilə “yaşıl” və rəqəmsal texnologiyalara keçidə töhfə verməkdir. “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində baş tutan silsilə təlim və seminarların məqsədi gənc nəsli karyera planlanması, təhsil və tələbə təqaüdü imkanları barədə bilgiləndirmək, həmçinin “startap” qurmaq və sahibkarlıq fəaliyyətinə başlamağa şövq etməkdir.

İlk iki seminara ümumilikdə 200-dən çox insan qatılmışdır. Birinci seminarda iştirakçılar Avropa İttifaqında müxtəlif təhsil və məşğulluq imkanları, ikincisində isə istedadların işə qəbulu və XXI əsrin bacarıqları barədə məlumat əldə etmişlər. “Doğru bacarıqlar qazan” kampaniyasının gələcək nəsilləri ilhamlandıracaq xüsusi qonarların iştirakı ilə baş tutacaq zirvə tədbirinin - “Aqora” toplantısının may ayında keçirilməsi nəzərdə tutulmuşdur.

“Doğru bacarıqlar qazan” kampaniyasının məqsədi gələcək işlər naminə yeni, yaxud doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bariz şəkildə göstərməkdir. Avropa İttifaqı ali təhsil, peşə təhsili, bölgələrin inkişafı, mədəniyyət, səhiyyə və digər mühüm sahələrdə Azərbaycan Respublikasının uzunmüddətli və strateji tərəfdaşıdır. Aİ-nin dəstəyi ilə çox sayda insan biznes qurmuş, kənd təsərrüfatı istehsalına başlamış, yeni bacarıqlar əldə etmiş və təlimlərdən keçmişdir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment