1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ümumi cərrah, t.e.d., Aynur Səfiyeva
29.04.2024

“Həkimlərimizi tanıyın!” rubrikamızda ümumi cərrah, t.e.d., Aynur Səfiyevanı təqdim edirik.

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə xoş, mehriban rəftarı, eyni zamanda uğurlu əməliyyatları ilə pasiyentlərin hörmətini və rəğbətini qazanmış yüksəkixtisaslı həkim, ümumi cərrah, t.e.d., Aynur Səfiyevanı təqdim edirik.

Dr. AYNUR SƏFİYEVA Mərkəzi Gömrük Hospitalında ümumi cərrahi xidmətlər, cərrahi və konservativ qastroenterologiya, kolorektal cərrahiyyə, funksional və endoskopik müayinələr, cərrahi proktologiya və FQDS kolonoskopiya daxil olmaqla bütün növ endoskopik müdaxilələri həyata keçirir.Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aynur-sefiyeva/#

Dr.Aynur Səfiyeva 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1997-1998-ci illərdə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura keçib. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Cizan şəhərində ümumi cərrahiyyə üzrə rezidentura proqramını bitirib. Dr.Aynur Səfiyeva əmək fəaliyyətinə 1998-ci ildə Ə.D Məlikov adına 6 saylı Şəhər Kliniki Xəstəxanasında ümumi cərrah kimi başlayıb. O, 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Abu-Ariesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq, 2007-2009-cu illərdə MediClub Klinikasında konsultant-koloproktoloq kimi çalışıb. Dr.Aynur Səfiyeva 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrah kimi fəaliyyət göstərir.Dr.Aynur Səfiyeva 2024-cü ilin mart ayında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən cərrahiyyə ixtisası üzrə tibb elmləri doktoru ali elmi dərəcəsini alıb.

Dr.Aynur Səfiyeva 2012-ci ildə İtaliyanın Modena şəhərində Nuovo Ospedale S. Agostino Esfence de Baggiovarada laparoskopik kolorektal cərrahiyyə kursunda, 2013-cü ildə Türkiyənin İstanbul Universitetinin Cərrahi Endoskopiya şöbəsində anal kanalın fizioloji tədrisi və 2015-ci ildə İstanbul Universitetinin Tibb fakültəsində Obstetrik anal sfinkter zədələnməsi və anorektal ultrasəs müayinəsi kursunda, 2019-cu ildə ABŞ-ın Nyu York şəhərində keçirilən Tibbi Qadınlar Beynəlxalq Assosiasiyasının  100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, 2022-ci ildə Şuşa şəhərində  "ŞUŞA İLİ - 2022" çərçivəsində  Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresində təqdimatla çıxış edib,  Naxçıvan şəhərində keçirilən I Beynəlxalq Tibbi Forumda “Kolorektal poliplərin bədləşməsində xərçəng kök hüceyrələrinin əhəmiyyəti varmı?” mövzusunda təqdimtla çıxış edib, İtaliyanın Roma şəhərində keçirilən “Fecal İncontinence and Obstructed Defecation 2022” mövzusunda Beynəlxalq konqresdə,  Azərbaycan Tibb Universitetində III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfransda məruzəçi və iştirakçı qismində iştirak edib. O, 2023-cü ildə Türkiyənin Antalya şəhərində keçirilmiş 2-ci Beynəlxalq Türk Kolorektal Cərrahiyyə Konqresində və XIX Milli Kolon və Rektal Cərrahiyyə Konqresində,  2024-cü ilin mart ayında Cənubi Koreyanın Seul şəhərində Koreya Universitetinin Anam Hospitalında Kolorektal cərrahiyyə və endoskopiya üzrə təkmilləşmə kursunda iştirak edib. 

Dr.Aynur Səfiyeva 2023-cü ilin mart ayında Avropa Ittifaqının “Qadın böyük qüvvədir” layihəsinin sertifikatı ilə, 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və 2023-cü ildə “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif olunub. Aynur Səfiyevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment