1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
29.04.2024

Azərbaycan nümayəndə heyəti 25-27 apreldə İqtisadi Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün turizm paytaxtı seçilən Özbəkistanın Şəxrisəbz şəhərində “Turizm günləri” tədbirində iştirak edir.

Tədbir çərçivəsində təşkil olunan “Şəxrisəbz 2024 – İƏT-in turizm paytaxtı” forumunda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanla İƏT-ə üzv olan ölkələr arasında turizm əlaqələrinin inkişaf etdiyini, ötən il Azərbaycanla üzv ölkələr arasında 7200, bu ilin ilk rübündə isə 1500 birbaşa uçuşun həyata keçirildiyini bildirib.

O qeyd edib ki, 2023-cü il ərzində əsasən Türkiyə, İran, Qazaxıstan, Pakistan, Türkmənistan və Özbəkistandan olmaqla İƏT ölkələrindən ölkəmizə 730 000-dən çox ziyarətçi gəlib.

Eləcə də 1 milyondan çox Azərbaycan vətəndaşı daha çox Türkiyə, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistana olmaqla İƏT üzvü olan ölkələrə səfər ediblər.

K.Quluzadə 2026-cı il üçün Şuşanın təşkilatın turizm paytaxtı seçildiyini vurğulayaraq Qarabağın turizm imkanlarının tanıdılması istiqamətində vacib addım olduğunu bildirib.

Özbəkistan Turizm Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində təşkil edilən etno festival tədbirində Azərbaycan kulinariyası təqdim edilib.

Forumda üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə məsələlər müzakirə olunur.  

Qeyd edək ki, növbəti həftə 2-3 may tarixlərində Bakıda ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin tur operatorlarının forumu təşkil ediləcək.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment