Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı, t.ü.f.d., Dr.Gülay Məmmədzadə 26 aprel 2024-cü il tarixində saat 15.00-da “Tibb bacılarında işlə bağlı emosional yorğunluq” mövzusunda təqdimatla çıxış edəcək. Seminar tibb bacıları, orta və kiçik tibb işçiləri üçün nəzərdə tutulub. Tədbirdə əyani və virtual iştirak etmək mümkündür. Qeydiyyatdan keçərək virtual qoşulmaq istəyən tibb mütəxəssislərinə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.
Dr.Gülay Məmmədzadə 2006-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib və 2006-2007-ci illərdə 1 saylı Kliniki Psixiatriya Xəstəxanasında internatura təhsili almışdır. 2015-2017-ci illərdə Dr. Gülay Məmmədzadə Boston şəhərində yerləşən “Harvard School of Public Health” Universitetində və “Boston Children’s” Hospitalında 2 illik psixi sağlamlıq və elmi işlərin aparılması üzrə ixtisasartırma kursunu keçmişdir.
Dr.Gülay Məmmədzadə 2018-ci ildə “Süd vəzisi xərçəngi olan qadınlarda psixi sağlamlıq və həyat keyfiyyəti” mövzusunda elmi işini müdafiə etmiş və 2019-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2020-2022-ci illərdə İmperial College London Universitetində İctimai səhiyyə üzrə postdiplom təhsili keçmiş, magistr dərəcəsini almışdır.
Gülay həkim 2007-2009-cu illərdə Bərpa Tibb Mərkəzində həkim-psixiatr, 2009-2022-ci illərdə Azərbaycan Tibb Universitetində Psixiatriya Kafedrasının assistenti və 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının həkim-psixiatrı kimi çalışmışdır. Eyni zamanda 2019-2021-ci illərdə Azərbaycan Tibb Universitetinim Rezidentura və magistratura şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. Gülay həkim 2023-cü ilin iyun ayından Mərkəzi Gömrük Hospitalında həkim-psixiatr kimi fəaliyyət göstərir.