23 aprel 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Abbot şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr. Mircəlal Kazımi“Son mərhələ qaraciyər yetməzliyi: qaraciyər transplantasiyası”mövzusunda çıxış edəcək.
Proqrama uyğun olaraq konfrans pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Konfransın saat 14:00-dan 18:00-dək əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq ZOOM platformasında həyata keçirilməsi planlaşdırılır.
Konfrans 4 DTT balı ilə qiymətləndirilmişdir.
Konfransda iştirak ödənişsizdir. Konfransda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/1xXW7u4WKD5SXtvD8
Konfrans barədə əlavə məlumat almaq üçün link: https://customshospital.az/son-merhele-qaraciyer-xesteliyi-ve-viral-hepatitler/
https://youtu.be/XBkYC0scch8