|
|
|
Digər xəbərlər | | | İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edəcək |
17.04.2024 | |
| |
19 aprel 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
|
|
|
|