“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə hər bir pasiyentə individual yanaşan Poliklinika şöbəsinin endokrinoloqu Şəbnəm Əlirzayevanı təqdim edirik.
Dr. ŞƏBNƏM ƏLİRZYEVA Mərkəzi Gömrük Hospitalında şəkərli diabet, metabolik sindrom, insulinoma, diffuz toksiki ur, endemik ur, hipo-hipertireodizm, miksedema, xaşimoto uru, kəskin və yarımkəskin tireodit, akromeqaliya, hiperprolaktinemiya, şəkərsiz diabet, hiperkortisizm, feoxromositoma, hipoparatireodizm, hiperparatireodizm, hirsutizm, predmenstrual sindrom və s. xəstəliklərin müalicəsini həyata keçirir.Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:https://customshospital.az/shebnem-aliyeva.
Dr. Şəbnəm Əlirzayeva 2009-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2009-2010-cu illərdə Respublika Endokrinoloji Mərkəzində endokrinologiya ixtisası üzrə internatura, 2010-2012-ci illərdə Rusiyanın paytaxtı Moskva şəhərində FDM Endokrinoloji Elmi Mərkəzində ordinatura keçmişdir. 2012-ci ildən Mərkəzi Gömrük Hospitalnda həkim-endokrinoloq kimi fəaliyyət göstərir.
Dr. Şəbnəm Əlirzayeva 2010-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində "Endokrin patologiyalı xəstələrdə hamiləliyin planlaşdırılması və aparılması”, "Kontrasepsiyanın endokrin aspektləri" kurslarında, 2012-ci ildə Ümumrusiya üzrə endokrinoloqların VI konqresində və 2013-cü ildə Ümumrusiya üzrə VI diabetoloji konqresində, 2022-ci ildə Türkiyə Endokrinoloji və Metabolizma Dərnəyinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən 43-cü Endokrinoloji və Metabolik Xəstəliklər konqresində, 2023-cü ildə Türkiyə Endokrinoloji və Metabolizm Dərnəyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilən Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr edilmiş “ENDOCURS 7” tədbirində iştirak edib. Dr. Şəbnəm Əlirzayevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.