1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Güclü Kibertəhlükəsizliyin Şifrəsi Azərbaycanda açıqlanacaq
16.04.2024

“Doğuş Teknoloji”,kibertəhlükəsizlik təcrübəsini Azərbaycan sığorta sektoru ilə bölüşəcək

Kibertəhlükəsizlik texnologiyaları ilə müştərilərinə təqdim etdiyi peşəkar dəstəyi birləşdirərək müştərilərinin kibertəhlükəsizliklərə qarşı daha davamlı olmasını təmin edən “Doğuş Teknoloji”, sığorta sektorunda kibertəhlükəsizlik investisiyalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. “Doğuş Teknoloji”nin Əməliyyatlar və Kibetəhlükəsizlik üzrə Baş direktorunun müavini Eray Gözener, “Rəqəmsal transformasiyanın sürətlənməsi və internetdən istifadənin artması ilə kibertəhdidlərin sayı və mürəkkəbliyi də artıb. Sığorta sektoru müştəri məlumatlarını, maliyyə məlumatlarını və digər həssas məlumatları ehtiva edən bir sahə olduğundan, kibertəhlükəsizlik bu sektor üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də dövrün tələb etdiyi çeviklik ilə vizyona sahib olmaq çox vacibdir...” deyir. Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə aprelin 16-da Azərbaycanda keçiriləcək Insurtech Sammitində iştirak etməyə hazırlaşan “Doğuş Teknoloji” rəqəmsallaşmanın ən mühüm elementlərindən biri olan kibertəhlükəsizliyinAzərbaycanın sığorta sektorunda hansı strategiyaların tətbiqi ilə bağlı tövsiyələrini paylaşacaq. 

Rəqəmsallaşma prosesində xüsusilə təhlükəsizlik və məlumatların məxfiliyi diqqət edilməli ən vacib məsələlərdən birinə çevrilib. “Doğuş Teknoloji” proaktiv kibertəhlükəsizlik yanaşmasının gələcəkdə daha çox əhəmiyyət kəsb edəcəyinə inanır və potensial təhdidlərin proqnozlaşdırılması və qiymətləndirilməsinin mümkün riskləri minimuma endirəcəyini vurğulayır. Kiberhücumçuların davamlı olaraq yeni üsullar kəşf edəcəyini və təhdidlərin mürəkkəbliyinin artacağını nəzərə alan “Doğuş Teknoloji” müştərilərinin kibertəhlükəsizlik strategiyalarını inkişaf etdirərək uzaqgörən bir xidmət göstərdiklərini vurğulayır.

Kibertəhlükəsizlik sığorta sənayesi üçün vacibdir!

Sığorta sektoru müştəri məlumatlarını, maliyyə məlumatlarını və digər məxfi məlumatları özündə birləşdirən bir sahədir, ona görə də kibertəhlükəsizlik bu sektor üçün vacib əhəmiyyət kəsb edir. Kiberhücumlar sığorta şirkətlərinin əməliyyatlarını ciddi şəkildə poza bilər və müştəri məlumatlarının oğurlanması və ya zədələnməsi vəziyyətində onları hüquqi məsuliyyətə cəlb edə bilər. Ona görə də sığorta şirkətləri üçün güclü kibertəhlükəsizlik infrastrukturunun yaradılması, təhlükəsizlik tədbirlərinin daim yenilənməsi və işçilərinə təhlükəsizlik mövzusunda təlim keçərək məlumatlılığın artırılması müştərilərin inamı və korporativ reputasiyası üçün böyük əhəmiyyət kəsb edir.

Aprelin 16-da Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə Azərbaycanda keçiriləcək və Azərbaycanda sığorta sektorunun texnologiya yönümlü transformasiyası və innovasiyalarının müzakirə ediləcəyi Insurtech Sammitində iştirak etməyə hazırlaşan “Doğuş Teknoloji”, rəqəmsallaşmanın ən mühüm elementlərindən biri olan kibertəhlükəsizliyin Azərbaycan sığorta sektorunda hansı strategiyalardan istifadə oluna biləcəyini müzakirə edəcəklər.

Sığorta sənayesindəki rəqəmsallaşma tendensiyaları və imkanlarının müzakirə ediləcəyi tədbiri gücləndirəcək şirkətlərdən biri olan  “Doğuş Teknoloji”nin Əməliyyatlar və Kibetəhlükəsizlik üzrə Baş direktorunun müavini Eray Gözener sammitdə Türkiyədə və müxtəlif coğrafiyalarda rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində şirkətin vizyonu və gördüyü işlər barədə danışacaq. Gözener tədbirlə bağlı açıqlamasında bunları qeyd etdi: "Kiber təhlükəsizlik rəqəmsallaşmanın ən vacib elementlərindən biridir və şirkətlərin davamlı gəlirliliyinə və nüfuzuna birbaşa təsir edir. Rəqəmsal transformasiyanın sürətlənməsi və internet istifadəsinin artması ilə, Kibertəhdidlərin sayı və mürəkkəbliyi də artmışdır. Buna görə də şirkətlərin həyat dövrlərini nəzərə alsaq, sağlam bir irəliləyiş üçün kibertəhlükəsizlikdə çox ciddi addımlar atılmalıdır. Həm həyata keçirdiyimiz layihələr çərçivəsində, həm də iştirak etdiyimiz sektoral tədbirlər çərçivəsində dünyada, xüsusən də Türkiyədə rəqəmsal transformasiya sahəsində bir çox fərqli layihələrdən əldə etdiyimiz bilikləri qardaş ölkəmiz Azərbaycanla daim paylaşmağa çalışırıq. “Biz Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə təşkil olunacaq “Insurtech” tədbirində iştirak edərək Azərbaycanın rəqəmsal transformasiya prosesinə dəstəyimizi davam etdirəcəyik”.

“Doğuş Teknoloji” haqqında

“Doğuş Teknoloji” 2012-ci ildə informasiya texnologiyaları sahəsində dəyər yaratmaq vizyonu ilə yaradılmışdır. Bu gün sektorda 10-dan çox bir çox şirkətə xidmət göstərən, müştəriyə fokuslanan, xüsusi hazırlanmış texnoloji həllər təklif edən, eyni zamanda Ar-Ge mərkəzi olan bir texnologiya şirkətidir. Orta yaş həddi 33 olan 400-dən çox işçisi ilə yeni texnologiyaları yaxından izləyir, çevik və etibara əsaslanan iş mədəniyyəti ilə İT sektorunun qabaqcıl şirkətləri arasındadır. Türkiyədə və qlobal bazarda texnologiyanı inkişaf etdirən bir marka olaraq avtomobil, maliyyə, faktorinq, əməliyyat parkı lizinqi, nəqliyyat vasitələrinin yoxlanılması, sığorta proqramları, loyallıq proqramları və e-ticarət sistemləri kimi bir çox sahədə texnologiya xidmətləri dəstəyi verir. 24 müxtəlif qlobal biznes tərəfdaşının gücü və dəstəyi ilə onlar RPA, məlumat analitikası və proqnozlaşdırma, süni intellekt və maşın öyrənməsi, Generativ AI, mobil və veb tətbiqlər, ERP və CRM kimi korporativ həllərində yüksək səviyyəli təcrübəyə malikdirlər.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment