Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı Dr.Elməddin Əliyev və damar cərrahı, t.ü.f.d., Səbuhi Dadaşov 14 aprel 2024-cü il tarixində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şuşa şəhərində keçirilən “Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantıda iştirak ediblər.
Elmi toplantının açılış mərasimində çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsinin fəxri sədri, Prof. Kamran Musayev mədəniyyət paytaxtımız Şuşada ilk dəfə keçirilən elmi tibbi toplantının əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm zəfər sayəsində hər bir Azərbaycan vətəndaşı kimi ürək-damar cərrahları da qürurludur.
Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşovelmi tədbirdə "Dərin venoz trombozun müalicəsində müasir yanaşma" mövzusunda təqdimatla çıxış edib. Səbuhi həkimin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında diskussiya aparılıb. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.