1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib
06.04.2024

Mərkəzi Bank və EY şirkətinin tərəfdaşlığı, ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib. Dövlət və özəl sektorun, səfirlik və beynəlxalq qurumların 100-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın dayanıqlılıq təşəbbüsləri, hədəfləri və sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı prioritetləri diqqətə çatdırılıb.

Tədbirdə həmçinin Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (ISSB) tərəfindən yeni standartların icmalı və Türkiyənin İctimai Nəzarət, Mühasibat Uçotu və Audit Standartları Təşkilatının dayanıqlılıq standartlarının tətbiqinə dair təcrübəsi nəzərdən keçirilib.

Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov Mərkəzi Bankın dayanıqlı və yaşıl maliyyə gündəliyinin əsas istiqamətləri barədə məlumat verərək Ekoloji, Sosial və İdarəetmə ilə bağlı risklərin maliyyə institutlarının sabitliyi üçün vacib amil olduğunu qeyd edib. Rüstəm Tahirov dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında institusional potensialın gücləndirilməsi və əməkdaşlığın vacibliyini də vurğulayıb. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən hazırlanmış “Dayanıqlı Maliyyə Prinsipləri” tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment