15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090İSİN kodlu 99 000 (doxsan doqquz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
8 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında İcraçı Kredit Agentliyi” MMC BOKT-un istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir
Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nininternet səhifəsində“Emitentlərin hesabatlılığı”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Hərrac tarixi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2002020090
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
495
(ədəd)
|
200 manat
|
14%
|
08.04.2024
|
24 ay
|
hər 90 gündən bir ödəniləcəkdir
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (
https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.