Mərkəzi Gömrük Hospitalında beyin, onurğa və periferik sinir sisteminin müxtəlif xəstəliklərinin diaqnostikası və müalicəsi Hospitalın Nevrologiya şöbəsinin peşəkar, yüksəkixtisaslı həkimləri: nevroloqlar Dr.Mənsumə Talıbova, Dr.Arzu İbrahimova və uzman həkim-nevropatoloq Dr.Arzu Məhərrəmova tərəfindən həyata keçirilir. Hospitalın ambulator və stasionar şəraitində mərkəzi və periferik sinir sisteminin kəskin və xroniki xəstəliklərinin müayinəsi, müalicəsi və reabilitasiyası, sinir sisteminin iltihablı xəstəliklərinin müalicəsi, osteoxondroz və onun ağırlaşmaları, kəskin və xroniki ağrılarla daxil olan xəstələrin müalicəsi, əməliyyat sonrası bərpaedici müalicə icra olunur.
İşemik insult – beyin qan axınının kəskin azalması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində onun ocaqlı zədələnməsidir. Bu, bir sutkadan çox davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.
İşemik insult - beyin hüceyrələrinin ona lazım olan oksigen və qida maddələrini ala bilməməsi səbəbindən ölümüdür. Bu tip insulta beyin infarktı da deyilir.
Işemik insult –ürək-damar sisteminin müxtəlif xəstəlikləri zamanı proqressivləşən ümumi və ya yerli damar zədələnmələri çərçivəsində inkişaf edən epizoddur. Bir qayda olaraq, işemik insult arterial hipertoniya, ateroskleroz, revmatik ürək qüsuru, ürəyin işemik xəstəliyi, şəkərli diabet və damarları zədələyən digər patologiyaları müşayiət edir. İşemik insultun klinikası damar pozğunluqlarının lokalizasiyasından asılı olan ümumi beyin və ocaqlı simptomlardan ibarətdir. İşemik insultun ən mühüm instrumental diaqnostika vasitəsi, eləcə də onu hemorragik insultdan fərqləndirmə üsulları beynin KT və MRT-dir.