1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər
13.03.2024

Bank sektorunun aparıcı oyunçularından olan AccessBank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa, Azərbaycanda ilk innovativ kobrend filialını açmaq üçün birləşib.Bakının Səbail rayonu, R.Rza küçəsi 15 ünvanında yerləşən ilk kobrend filialının açılması Azərbaycanda bank müştərilərinin yeni xidmət səviyyəsi ilə təmin olunmasına şərait yaradacaq.

Xidmət sahəsində innovasiyaların tətbiqi siyasətinə sadiq qalan AccessBank və Visa, müştəriləri ödəniş kartlarının istehsalını sürətləndirmək üçün nəzərdə tutulan Smart Embosser Machine (SEM) ağıllı terminalı ilə sevindirəcəklər. Kobrend filialının əsas üstünlüyü olan yeni terminal müştərilərə adlı kredit və debet kartlarını bir dəqiqə ərzində yerində çap edib əldə etmək imkanı yaradır.

“Biz Azərbaycanda qlobal ödəniş lideri Visa ilə kobrend filialı açan ilk bank olmaqdan qürur duyuruq, bu, bizim etibarlı tərəfdaş kimi imicimizin əlavə sübutudur. Biz həmçinin məmnuniyyətlə bildiririk ki, bu əməkdaşlıq müştərilərə xidmət, nağdsız ödənişlərin təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində yenilikləri tətbiq etməyə imkan verəcək”, -filialın açılışında AccessBank-ınİdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev bildirib.

“AccessBank uzun illərdir ki Visa-nın strateji və etibarlı tərəfdaşıdır. Bu günaçılan filial adi formatdan fərqlənir - burada kovorkinqdə və ya kafedə olduğu kimi rahat atmosfer yaradılıb. Eyni zamanda, burada müştərilərlə işləmək üçün innovativ texnologiyalardan istifadə edilir. Məsələn, kart istehsalı üçün yüksək texnologiyalı terminallar quraşdırılıb - indi siz Visa kartlarını daha sürətli və daha rahat əldə edə bilərsiniz. Biz AccessBank-la əməkdaşlığımızdan qürur duyuruq və əminik ki, birlikdə Azərbaycanın nağdsız iqtisadiyyatını inkişaf etdirməyə davam edəcəyik”, - Visa-nın Ukrayna, Gürcüstan, MDB vəCənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş deyib.

İnnovativ və rahat maliyyə həllərinin tətbiqi AccessBank-ın fəaliyyət prioritetərindəndir. Bank bu istiqamətdə fəaliyyətini davam etdirərək, müştərilərin tələblərini ödəməklə, ölkənin bank sektorunun inkişafına öz töhfəsini verəcək.

“AccessBank-Visa” kobrend filialı müştərilərə iş günləri saat 9:00-dan 18:00-dək xidmət göstərir. Filial həm hüquqi, həm də fiziki şəxslərə maliyyə əməliyyatları üzrə xidmətlər təklif edir.Müştərilərin rahatlığı üçün burada ATM və Cash In xidmətlərinin göstərildiyi 24/7 fəaliyyət göstərən zona yaradılıb.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar. Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.







 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment