1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarlığın İnkişafı Fondu vakansiya elan edir
11.03.2024

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “Hüquq və problemli aktivlərlə iş şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas öhdəliklər

·         Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərin və digər sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada baxılması və müvafiq tədbirlərin görülməsində iştirak etmək;

·         Fondun struktur bölmələrinə Fondun fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri və səlahiyyətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;

·         Fondun iştirak etdiyi məhkəmə işlərində Fondu iddiaçı və cavabdeh qismində  təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək, bununla əlaqədar prosessual sənədləri (iddia ərizələri, iddia ərizələrinə dair etirazlar, apellyasiya, kassasiya və s.) hazırlamaq;

·         Zərurət olduqda Fondda qanunvericilik bazasının formalaşdırılması, mütəmadi olaraq təkmilləşdirilməsi və yenilənməsi məqsədilə normativ hüquqi xarakterli aktların və digər hüquqi sənədlərin layihəsinin işlənib hazırlanmasında iştirak etmək;

·         Müvafiq qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;

·         Bilavasitə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək.


 Namizədə dair tələblər

·         Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;

·         Elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;

·         Mükəmməl səviyyədə Azərbaycan dili biliyi (İngilis dilini bilənlərə üstünlük veriləcək);

·         MS Office proqramlarından istifadə bacarığı;

·         İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

·         Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

·         İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə 11 aprel 2024-cü il tarixinədək hr@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment