|
|
|
Banklar | | | Yelo Bank-ın İdarə Heyətinin üzvü Günay Cəlilova AmCham Azərbaycanın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinə sədr seçilib |
28.02.2024 | |
| |
Yelo Bank-ın İdarə Heyətinin üzvü Günay Cəlilova AmCham Azərbaycanın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinə sədr seçilib. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 300-dən çox şirkətin üzv olduğu nüfuzlu AmCham təşkilatı 1996-cı ildən fəaliyyət göstərir. Komitə maliyyə sahəsinə təsir edən məsələlərin müzakirəsi üçün platforma rolunu oynamaqla yanaşı, həm də dövlət qurumları ilə birlikdə sektorun maraqlarını müdafiə edir.
Bu təyinat münasibətilə Günay xanımı təbrik edirik və uğurlar arzulayırıq.
|
|
|
|