15fevral 2024-cü il tarixindəBakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT-unAZ2002020090İSİN kodlu 99 000 (doxsan doqquz min) manatolan istiqrazlarıstandart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrəanderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlarınemissiya prospektiniBFB-nininternet səhifəsində“Emitentlərin hesabatlılığı”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2002020090
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
495
(ədəd)
|
200 manat
|
14%
|
24 ay
|
hər 90 gündən bir ödəniləcəkdir
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (
https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.