14 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2213024709 dövlət qeydiyyat nömrəli30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 96,793.00 (7.10%)manat və 96,990.0747 (6.65%)olan 6sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32,700,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,911.1196(6.83%) manatvəorta ölçülmüş qiymətiisə 96,964.5896 (6.71%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 31.07.2024-cü ildir.