1 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2205024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95139.00 (7.30%)manat və 95520.1075 (6.70%)manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,900,000,manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95469.0394(6.78%) manat və orta ölçülmüş qiyməti 95507.7858 (6.72%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 10.10.2024-cü ildir.