30 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070023ISIN-li, 100 mln. manat həcmində,1092 günolan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 94.8421(9.00%)manatvə 101.1737 (6.5626%)manat olan 59 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.5945(8.70%) manat, orta ölçülmüş qiyməti isə 97.6405(7.8987%)manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107,878,700 manat,yerləşdirilmiş həcmi isə 100,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 26 yanvar 2027-ci ildir.
Hərrac iştirakçıları 31yanvar2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.