29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatmışdır.
Hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100.0000(6%)ABŞ dolları və 101.3741(5.5%) ABŞ dolları olan 68 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,521,800ABŞ dolları, yerləşdirilmiş həcmi isə 20,000,000ABŞ dolları təşkil edib. İstiqrazların kəsmə qiyməti100.0000(6%)ABŞ dolları, orta ölçülmüş qiyməti isə 100.0433(5.9841%) ABŞ dolları olaraq müəyyən edilib.
Qeyd edək ki, “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 6%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 29.01.2027-ci ildir.