23.01.2024-cü il tarixdə, saat 12:00-da “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağrılır.
İclasın gündəliyi:
• “Qala Sığorta” ASC-nin 2024-cü il büdcəsinin təsdiq olunması barədə;
• 2023-cü ilin maliyyə hesabatları üzrə “Qala Sığorta” ASC-nin müstəqil auditorunun seçilməsi barədə;
• “Qala Sığorta” ASC-nin Nizamnaməsinə dəyişiklik edilməsi barədə;
• “Qala Sığorta” ASC-nin Direktorlar Şurasının Əsasnaməsinə dəyişiklik edilməsi barədə;
• İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər barədə