1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Aqrar Sığorta Fondu işə qəbul imkanı ilə - Yüksək Təqaüdlü Təcrübə Proqramına başlayır
13.11.2023

Azərbaycanda kənd təsərrüfatı risklərinin sığortası üzrə fəaliyyət göstərən dövlət qurumu - Aqrar Sığorta Fondu tələbə və məzunlar üçün yeni yüksək təqaüdlü təcrübə proqramına başlayır.

Proqrama əsasən təcrübəçilər proqramın davam etdiyi 3-6 ay ərzində Aqrar Sığorta Fondunun baş ofisində çalışacaq, maliyyə, risk menecmenti, biznes analitika, riyazi biliklərin maliyyə sektoruna tətbiqi kimi müasir və olduqca perspektivli sahələrdə fəaliyyətlə məşğul olacaqlar. 

Təcrübə proqramında yaşı 18-dən 30-dək olan, maliyyə, iqtisadiyyat, mühasibatlıq, riyaziyyat və hüquqşünaslıq ixtisasları üzrə bakalavr təhsili almış və ya magistratura pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. 

Proqrama müraciət edən namizədlər Microsoft Excell, Word, PowerPoint, Prezi proqramlarında işləmək bacarığına, eləcə də analitik düşüncəyə malik olmalıdırlar. Namizədlərin ingilis və türk dili yüksək səviyyədə olmalı, rus dili üzrə bilikləri isə arzuolunandır. 

Eyni zamanda iştirakçılar komandada işləmək, ünsiyyət qurmaq bacarığına malik və stressə davamlı olmalıdırlar. 

Proqram müddətində təcrübəçilər ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmini, bu sahədəki qabaqcıl dünya təcrübəsini dərindən öyrənmək, malik olduqları ixtisasların bu prosesdə tətbiqi ilə tanış olmaq və biliklərini müasir tələblərə uyğun şəkildə inkişaf etdirmək imkanı qazanacaqlar. 

3 və 6 ay müddətində təşkil olunacaq proqram dövründə iştirakçılara müvafiq ödənişlər ediləcək, proqramda iştirakı ilə bağlı sertifikat təqdim olunacaq. 

Təcrübə proqramını uğurla keçən namizədlərin Aqrar Sığoğrta Fondunda işə qəbul olunmasına baxılacaq. 

Proqrama qatılmaq istəyən və yuxarıda göstərilən keyfiyyətlə malik olan  enerjili və sığorta sahəsinə maraqlı namizədlərdən öz CV-lərini “Təcrübə proqramı” mövzusu ilə “career@asf.gov.az” elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment