A-Qroup sığorta şirkəti 2023-cü ilin 1-ci yarımili üzrə fəaliyyətinə dair nəticələri açıqlayıb.
Maliyyə hesabatlarına əsasən, bu ilin ilk 6 ayında sığorta gəlirlərinin həcmi 10 015 668 AZN təşkil edərək 2022-ci ilin eyni dövrünü 835 000 manat üstələyib. Ənənəvi olaraq, şirkətin ümumi daxilolmalarının böyük hissəsi könüllü tibbi sığortanın payına düşərək 6 005 400 AZN təşkil edib.
Sığorta gəlirlərinin həcmi digər sığorta növləri üzrə də artıb, məsələn, KASKO üzrə sığorta haqlarının həcmi 2022-ci ilin eyni dövrünü 164 000 AZN üstələyərək 1 075 728 AZN təşkil edib.
Ümimilikdə, 2023-ci ilin iki rübü ərzində A-Qroup şirkəti tərəfindən sığortalılara 7 316 171 AZN məbləğində ödəniş olunub. Ən çox ödəniş isə könüllü tibbi sığorta növü üzrə həyata keçirilib - 4 786 370 AZN.
Orta hesabla, cari ilin 6 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 40 000 AZN-dən çox pul ödənilib.
Şirkətin hesabat dövrünün nəticələri sabit müsbət tendensiya nümayiş etdirir.
A-Qroup sığorta şirkəti dinamik inkişaf edərək, sığorta bazarında 28 ilə yaxın uğurla fəaliyyət göstərir, müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 3 icbari və 14 könüllü sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.