|
|
|
Sığorta | | | Jurnalistlər üçün həyat sığortası mövzusunda təlim təşkil olunub |
03.02.2023 | |
| |
Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə ölkədə müxtəlif əhali qrupları arasında sığorta maarifləndirməsinin təmin olunması məqsədilə media nümayəndələri üçün növbəti təlim keçirilib.
Bu dəfəki təlimdə jurnalistlərə Həyatın yaşam sığortası növünün üstünlükləri və özəllikləri ətraflı şəkildə izah olunub. Adı çəkilən sığorta növünün təhsil haqqı, biznes üçün ilkin sərmayə, ipoteka üçün ilkin ödəniş və s. kimi istiqamətlər üzrə daşıdığı vacib əhəmiyyətindən danışılıb.
Müxtəlif informasiya agentlikləri, televiziya və radio kanallarından ümumilikdə 20 jurnalistin iştirak etdiyi təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
|
|
|
|