1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Ana Sahibkar” layihəsi uğurla davam edir!
21.06.2022

PAŞA Sığorta şirkətinin təşəbbüsü, “GİD CSR Consulting” şirkətinin təşkilatçı dəstəyi və PAŞA Holdinqin dəstəyi ilə İkinci Qarabağ müharibəsi şəhid və qazilərinin  xanımları  üçün sahibkarlıq fəaliyyətinə, eyni zamanda, bu sahədə bilik və bacarıqların artırılmasına dəstək göstərmək məqsədilə həyata keçirilən “Ana Sahibkar” sosial məsuliyyət layihəsi uğurla davam edir.

Layihə çərçivəsində təşkil olunması planlaşdırılan 15 təlimdən 12-si artıq reallaşıb. Psixoloq Nərgiz Süleymanovanın rəhbərliyi ilə şəhid və qazilərin həyat yoldaşları üçün ardıcıl bir neçə psixoloji dəstək təlimləri həyata keçirilib. Təlimlər zamanı xanımlar müharibə və müharibədən sonrakı dövrdə qarşılaşdıqları psixoloji narahatlıqlar, bununla mübarizə aparmağın yolları ilə bağlı birbaşa mütəxəssisdən rəy alıblar.

Layihə iştirakçılarına dəstək olmaq məqsədilə PAŞA Sığorta şirkətinin rəhbər şəxsləri də təlim verən mütəxəssislər arasında yer alıb. Şirkətin İnsan Resursları departamentinin rəhbəri Asif Sadıqov “İnsan resursları, işə düzəlmə və qanunvericilik” mövzusunda iştirakçıları məlumatlandırıb. İstedadların idarəolunması və inkişafı şöbəsinin rəhbəri Leyla Cəfərli isə “Emosional zəka və təqdimat bacarıqları” adlı təlimi ilə xanımların işgüzar görüşlər zamanı peşəkar imic formalaşdırması, həmçinin emosional zəka və ünsiyyətin növləri barədə bilik və bacarıqlarının inkişafına dəstək olub.

Qadınların mövcud olan biznes ideyalarının reallaşdırılmasına dəstək məqsədilə qadın sahibkar Şəbnəm Səfərova “Sahibkarlıq düşüncə tərzi” adlı təlim keçirib. Biznes mühitində düzgün istiqamətlənə bilmələri üçün isə işgüzar xanım Ruhi Əliyeva “Qadın Sahibkarlıq” mövzusundakı təlimi ilə çıxış edib.

Xanımların yer aldığı bir mühitdə onların yarada biləcəyi gözəlliyin vurğulanması vacibdir. Bu istiqamətə diqqət çəkmək məqsədilə “Beauttech” gözəllik salonları şəbəkəsinin rəhbəri Elnarə Nəhmədova “Gözəllik sahəsi” adlı təlimində bu sferadakı təcrübəsini təlim iştirakçıları ilə bölüşüb. Tanınmış influenser Aylar Abid isə “Bloggerlik və modelyerlik sahəsi” üzrə təlimlə çıxış edərək layihədə yer alan qadınları bu istiqamət üzrə məlumatlandırıb.

Davam edən layihə müddətində mütəxəssis Nərgiz Əmrahın təqdimatında informasiya texnologiyaları sahəsi üzrə, Nigar Əliyevanın təqdimatında isə vaxtın düzgün idarə edilməsi mövzularında iştirakçılar üçün təlimlər həyata keçiriləcək.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin

Beynəlxalq əlaqələr və layihələr departamentinin Sosial tədbirlər şöbəsinin rəhbəri Adil Abdullayev tərəfindən xanımlar üçün işə müraciət qaydaları, işlə təmin olunmaq üçün vacib olan şərtlərlə əlaqədar xüsusi təlim təşkil ediləcəkdir. 

Qeyd edək ki, layihənin yekununda qadınların yiyələndikləri biliklər əsasında öz seçdikləri istiqamətlər üzrə işlə təmin olunmaları üçün şərait yaradılacaqdır.

“Təlimçilərin və təlim iştirakçılarının interaktiv iştirakı ilə keçirilən təlimlər qadınların gələcək inkişafı üçün olduqca effektiv olub. Layihəyə müraciət etmək istəyən xanımların say artımını və hər keçən gün bu təlimlərimizə marağın daha da artmasını nəzərə alaraq layihəmizin növbəti illərdə də davam etməsi planlaşdırılır.”-deyə layihə təşkilatçıları bildirib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment