Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən Türkiyə Cümhuriyyətinin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində peşəkar kadrların hazırlığının daha da gücləndirilməsi məqsədilə təşkil edilmiş sistemli və ardıcıl təlimlər proqramı çərçivəsində aktuar kurslarının birinci mərhələsi və anderrayterlər ucun təşkil edilmiş seminarlar başa çatmışdır.
Bu münasibətlə təşkil edilmiş tədbirdə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Azərbaycan Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev çıxış edərək aktuariləri və anderayterləri təbrik etmiş, həmçinin ölkəmizdə sığorta sektorunun inkişafı üçün görülən işlərdən bəhs etmişdirlər.
Uğurlu aktuarilərə və anderayterlərə uyğun olaraq şəhadətnamələr və sertifikatlar təqdim edilmişdir.
Təqdimat zamanı iştirakçıların sualları cavablandırılmışdır.