Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı arasında rəsmi işgüzar görüş keçirilib.
Görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Assosiasiyanın fəaliyyəti haqqında geniş məlumat verib. İcraçı direktor çıxışında, Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarının stimullaşdırılması, yerli və beynəlxalq qurumlarla yaradılan əməkdaşlıqlar və yerli sığorta bazarının gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı da öz növbəsində qurumlar arasında ilk dəfə qurulan bu qarşılıqlı münasibətlərə məmnunluğunu bildirərək, ADNSU-nun təhsil sektorundakı və əmək bazarındakı yerindən, Universitetin uğurlarından danışıb.
ASA və ADNSU rəhbərləri iki qurum arasında münasibətlərin növbəti mərhələdə daha da inkişaf etdiriləcəyini bildiriblər.
Görüşün sonunda xatirə şəkili çəkdirilib.