1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky müasir uşaqlar üçün 7 mühüm rəqəmsal vərdişi təsvir edib
18.11.2021

Müasir dünyada rəqəmsal mühitdə sağ qalmaq bacarıqları hər kəs üçün vacibdir. Buna görə də valideynlərin vəzifələrindən biri uşaqlarına məlumatın olduqca bol olduğu bir dünyada yaşamağı öyrətməkdir. Kaspersky mütəxəssisləri uşaqlara şəbəkədə düzgün davranış sərgiləməyə kömək edəcək yeddi vərdişi təsvir ediblər.

1. Cihazlarsız zaman 

Uşaqlar texnikadan çox istifadə edəndə onlarda asılılıq yarana bilər. Bu da yuxu, qəfil əhval korlanması, artıq çəkinin yaranması, özünə qiymət vermənin azalması və öz bədəninə qeyri-adekvat yanaşma kimi problemlərə gətirib çıxarır. Mənfi nəticələrdən qaçmaq üçün, cihazları yatmazdan öncə istifadə etməməyi və gecələr səssiz rejimə keçirməyi tövsiyə edirik. Eyni zamanda “telefondan ümumiyyətlə nə zaman istifadə edilə bilməz” kimi məqamlar da öncədən danışılmalıdır, məsələn, ailə ilə nahar zamanı. 

2. Enerji ehtiyatına nəzarət etmək 

Texnologiyanın sürətli inkişafına baxmayaraq, müasir cihazların enerji ehtiyatı yenə də tez bitir. Uşağın həmişə əlaqədə qalması üçün, ona yuxudan əvvəl telefonu dəhliz və ya mətbəxdə enerji dolumuna qoymağı təklif edin. Bununla bir daşla iki quş vurmuş olacaqsınız: cihazın batareyası səhərə tam dolu olacaq və uşağınızın yuxudan əvvəl telefona qurşanmasını önləyəcəksiniz. Uşağa xarici enerji cihazı almaq və evdən uzun müddətlik çıxdıqda onu özü ilə götürməyi öyrətmək də faydalı tədbirdir. 

3. Təhükəsizlik qaydalarına əməl etmək 

Uşaq virtual dünyaya qapanıbsa, onu təkcə şəbəkədə deyil, həm də real dünyada təhlükələr gözləyir. İlkin olaraq izah edin ki, yol keçərkən və ya pilləkandan istifadə edərkən telefona baxmaq olmaz. Ayrıca olaraq internetdəki təhlükəsizlik barədə danışın, çünki uşaq dələduzluq, şəxsi məlumat oğurluğu, viruslar və bir çox digər təhdidlərlə üzləşə bilər və mütləq şəkildə uşağın onun özünü və ya hər hansı bir dostunu çətin vəziyyətə sala biləcək şəxsi sənədlər, bank kartları məlumatları və şəkilləri heç bir halda internetdə paylaşmamasına diqqət yetirin.

4. Ekoloji media istehlakına çalışmaq 

Sonsuz bildirişlər yorur və bir işə köklənməyə imkan vermir. Hətta böyüklər belə bəzən “messencerə bir saniyəlik baxış” cazibəsi ilə bacarmağa çətinlik çəkirlər, uşaqlarda isə bu asılılıq daha da irəli gedib. Ona görə də, uşağın telefonundakı bildirişləri məhdudlaşdırın ki, o, dərs və ya digər məşğuliyyətlərdən yayınmasın, işlərin öhdəsindən tez gəlsin və az yorulsun.

5. Rəqəmsal etiketə əməl etmək 

Ənənəvi oflayn məkanda olduğu kimi rəqəmsal dünyada da yazılmamış etiket qaydaları var. Bu qaydaları insanlar adətən şəbəkədəki ünsiyyət vasitəsilə yaradırlar. Amma bəzi normalar barədə əvvəlcədən danışmaqla uşağa çətin vəziyyətlərdən yayınmağa kömək etmək lazımdır. Məsələn, ona onlayn məkanda nəyi etməmək və ya deməməyi izah etmək. Universal yoxlama – özünə sual vermək: bunu mən bir insana canlı olaraq deyə bilərdim? İnternetdə təhqir yazmaq və insanları alçaltmaq qəbuledilməzdir.

6. İnformasiyanı sistemləşdirmək 

Telefon və kompyuterdəki nizam-intizam insanın beynindəkinin əksidir. Dolabdakı xaos uşağınızın həyatında çətin ki, hansısa ciddi əngəl yaratsın, amma itirilmiş şifrələr, fayllar və ya unudulmuş telefon nömrələri buna qadirdir. Övladınızı uşaq yaşlarından məlumatların sistemləşdirillməsinə öyrəşdirmək lazımdır. 

7. Müntəzəm “rəqəmsal detoks” təşkil etmək 

Rəqəmsallaşma uşağın həyatının demək olar ki, hər bir sahəsinə toxunub: valideynlər və dostlarla ünsiyyətdən tutmuş hobbiyə kimi. Valideynlər uşaqların ekran vaxtını nə qədər azaltmağa çalışsalar da, həddən artıq informasiya qəbulu çox güman ki, qaçılmaz olaraq qalır. Bu o deməkdir ki, uşağa vaxtında dayanmaq və internetin həyatındakı rolunu azaltmaq bacarığı lazımdır: ilk olaraq sizin köməyinizlə, daha sonra isə təkbaşına. İnformasiya ilə həddən artıq yüklənməyə qarşı mübarizənin ən effektiv (həm də ən çətin) üsullarından biri “rəqəmsal detoks”-dur, yəni bu və ya digər bir müddətə cihazlardan imtina. Bunu müntəzəm etmək daha yaxşı olar.

Rəqəmsal dövr valideynlərin qarşısına yeni tapşırıqlar qoyub. Onları həll edərək xüsusilə unutmamaq lazımdır ki, ən yaxşı nümunə şəxsi sınaqdan keçmiş nümunədir. Bu qaydalara əməl etmək asan olmayacaq, amma zamanla onlar vərdiş halını alacaq və uşağınızın həyatına yön verəcək. 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment