1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir
08.10.2021

Kaspersky-nin yeni qlobal sorğusuna görə, bütün dünya üzrə istifadəçilər sosial şəbəkələrdə orta hesabla saat yarım vaxt keçirir, üstəlik onların 29%-i bu cür xidmətlərdən işdə istifadə edirlər. Demək olar ki yarısı (44%) bu va ya digər blogeri izləyir və onların da təxminən yarısı (47%) qeyd edir ki, bu, onlara reallıqdan uzaqlaşmağa kömək edir. Hər onuncu şəxs isə bildirir ki, əgər fikir liderlərinin həyatı barədə xəbərlərdən kənarda qalsalar, özlərini sanki nəsə çatışmırmış kimi hiss edirlər.

İnfluenserlər, yəni blogerlər və ya sosial şəbəkədə böyük auditoriyaya malik ulduzlar öz izləyiсilərinə böyük təsir göstərirlər. Belə ki, sorğuda iştirak edənlərin 31%-i qeyd edib ki, bəzi məsələlərə münasibətlərini məhz tanınmış insanların sayəsində dəyişiblər, 38% isə etiraf edib ki, onların tərz və ya vərdişlərindən ilhamlanıblar. Maraqlıdır ki, respondetlərin 22%-i blogerlərə şəxsi mesaj göndərib və təxminən eyni sayda (21%) şəxs onlarla dostluq edə biləcəyinə inanır.

 “Çoxları hələ də sosial şəbəkələrin mənfi və müsbət tərəfləri arasında balans axtarışındadır. Baxmayaraq ki, sosial şəbəkələr bu gün bir çox məsələlərdə cəmiyyətə müsbət təsir göstərir – bu fikri sorğuda iştirak edənlərin yarısı dəstəkləyir – təəssüf ki, bu cür platformalar fırıldaqçılıq, saxta xəbərlər və dipfeykin (deepfake – foto və ya videodakı şəxsin başqa birinin bənzərliyi ilə əvəz edilməsi) yayılması üçün tez-tez istifadə edilir. Təcavüzkarlar tez-tez fikirlərinə çoxlarının önəm verdiyi blogerlərin adından çıxış edirlər. Məhz buna görə də, tənqidi düşüncəni saxlamaq və internetdən gələn məlumatlara diqqətlə yanaşmaq lazımdır”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirir.

Təcavüzkarların qırmağına keçməmək üçün Kaspersky tövsiyə edir: 

hesablarınızı qorumaq üçün etibarlı şifrələrdən (müxtəlif ölçülü hərflərdən, rəqəmlər və xüsusi simvollardan ibarət ən az 12 simvollu şifrə) istifadə etmək;

ikifaktorlu identifikasiyanı dəstəkləyən xidmətlərdə bu funksiyadan istifadə etməkn;

şübhəli linklərə keçid etməmək və login və şifrə istəyən resursun ünvanını diqqətlə yoxlamaq;

Kaspersky Internet Security kimi zərərli proqramlar və ya fişinq saytlarına keçiddən qoruyan etibarlı qoruma həllindən istifadə etmək.

*Sorğu 2021-ci ildə Kaspersky-nin sifarişi əsasında Opinium şirkəti tərəfindən keçirilib. Sorğuda  25 ölkədən 15 mindən çox şəxs iştirak edib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment