Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzi sığorta şirkətlərinin əməkdaşları üçün təşkil etdiyi növbəti təlimini yekunlaşdırıb.
Bu dəfəki təlim “Sığorta şirkətlərində risklərin idarə edilməsi” istiqamətinə həsr edilib.
ASA Tədris Mərkəzinin “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” (ARPA) İctimai Birliyi ilə birgə təşkil etdiyi təlim iki həftə davam edib.
Maraqlı və faydalı təlimin yekunu olaraq iştirakçılara ASA Tədris Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.
ASA-dan verilən məlumatlara görə, sığortaçılar üçün bu kimi maraqlı və aktual istiqamətlərə həsr olunmuş təlimlər növbəti mərhələdə də davamlı olaraq həyata keçiriləcək.
(012) 492 80 45
İçərişəhər, Sabir küçəsi 3