1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


İşəgötürənlər İcbari həyat sığortası üzrə bu cərimələr ilə qarşılaşa bilərlər
02.03.2021

Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlər tərəfindən İcbari həyat sığortası kimi tanınan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”  növünün əldə edilməsinə nəzarətin gücləndirildiyi və qanun pozuntusunun qeydə alındığı müəssisələrdə cərimələrin tətbiq ediləcəyi haqqında məlumat yayıb.

“Atəşgah Həyat” SŞ-nin də təqdim etdiyi bu sığorta növünün əmək fəaliyyətində nə kimi rolu olduğu və cərimələrdən yan keçməyin necə mümkün olduğu haqqında şirkətin Mühüm müştərilərlə iş şöbəsinin müdiri Vüqar Hüseynlinin verdiyi müsahibəni nəzərinizə çatdırırıq.

1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları” dedikdə nə nəzərdə tutulur? Sığorta qanunvericiliyinə görə hansı hallar bu sığorta növü çərçivəsində tənzimlənir?

- Bu sığorta növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi hallarını və ya ölümü ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi qaydalarını tənzimləyir. Burada sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi və yaxud ölümü ilə əlaqədar qanuna görə faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal sayılır.

2. Bu sığorta növünün iş fəaliyyətində əhəmiyyəti haqqında da fikirlərinizi bilmək istərdik. İşəgötürənlər və işçilər bu sığorta növü ilə sığortalanmış olduqda nə kimi üstünlüklər əldə edirlər?

- Sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş əmək haqqının əvəzində ona sığorta şirkəti tərəfindən pul təzminatı ödənilir. Zərərçəkmiş, aldığı pulu istədiyi kimi müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, xüsusi nəqliyyat vasitəsinin əldə edilməsinə və ya istənilən başqa yerə xərcləyə bilər.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci ildə keçirdiyi reydlərin nəticəsi olaraq, bəzi işəgötürənlərin sözügedən sığorta növü üzrə sığorta şirkəti ilə müqavilə bağladıqları, lakin sığorta haqqını ödəmədiyi və sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Belə hallarda işəgötürənləri hansı təhlükələr və cərimələr gözləyir?

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2. maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir .

4. Bəs qeyd etdiyiniz cərimələrdən necə yan keçmək olar?

- Yalnız vaxtında sığortalanaraq və qanunun tələblərinə riayət etməklə. 

5. Hal-hazırda sığorta bazarında bu sığorta növü üzrə ümumi göstəricilər necədir? Ötən illərə nisbətən 2021-ci ildə bu sığorta növünün tətbiqi üzrə hansı dəyişikliklər və yeniliklər gözlənilir?

- Sığorta haqları əvvəlki illərə nisbətən artıb. Buna səbəb isə Azərbaycanda özəl sektorun inkişafıdır. Sığorta müqavilələri artıq elektron hökümət portalı üzərindən bağlanılır. Bu portal e-gov.az hökümət portalı ilə bağlı olduğu üçün sığortalılara və sığorta şirkətlərinə asanlıq və rahatlıq yaradır. Hesablaşmalar daha sürətli və dəqiq aparılır. Buna baxmayaraq, əlavə dəyişikliklər və təkmilləşdirilmələr tələb olunur. Ümid edirik ki, yaxın zamanlarda portalda yeni funksiyalar yaradılıb istifadəyə veriləcək.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment