1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA daha bir təşkilatla memorandum imzaladı - RƏSMİ
08.09.2020

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi ilə Azərbaycan Milli Avtomobil Klubu arasında anlaşma memorandumu imzalanıb.

ASA-dan verilən məlumata görə, əldə olunan razılığa əsasən tərəflər Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində və eləcədə “ Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq təsdiq edilmiş “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar”a əsasən Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirlər ilə bağlı sosial layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcəklər.

Sosial məsuliyyətin aşılanmasının təbliğ və təşviq edilməsi, insanlar arasında maarifləndirmə layihələrinin həyata keçirilməsi memorandumun qarşısındakı əsas hədəfdir. Əldə olunan razılığın növbəti mərhələ üzrə başlıca məqsədləri isə ölkə vətəndaşları arasında yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyaya dəyən zərərin həcminin minimallaşdırılması, eləcə də yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, yol-hərəkəti təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiqinin, eyni zamanda yol hərəkəti iştirakçılarının davranış və mədəniyyət səviyyəsinin artırılmasının vacibliyi istiqamətində birgə tədbirlərin həyata keçirilməsidir.

ASA İB ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 19 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 2009-cu ildə yaradılmış qeyri-hökumət təşkilatıdır və 2015-ci ildən Beynəlxalq Avtomobil Federasiyasının üzvüdür. AMAK Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə bir sıra tədris-maarifləndirmə, tədqiqat və təşviqat layihələri həyata keçirir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment