Bakı, FinanceTime. AZSIĞORTA Dərs Evində 7-10-cu sinif şagirdləri üçün sığorta haqqında interaktiv təlim təşkil edib.
Təlim məktəblilərin peşə seçimini düşünülmüş qaydada etmələri üçün onlara özlərini müxtəlif ixtisaslarda sınamaq şansı yaradan proqram çərçivəsində keçirilib. AZSIĞORTA-nın əməkdaşı şagirdlərə sadə və əyləncəli üsulla sığortanın nə üçün lazım olduğunu və bu prosesin necə həyata keçirildiyini izah edib.
Cəmiyyətdə sığorta mədəniyyətinin formalaşmasına və bu sahədə maarifləndirmə işlərinin aparılmasına hər zaman dəstək olan AZSIĞORTA, gələcəkdə də bu kimi layihələri davam etdirməyi hədəfləyir.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA 2006-cı ildən fəaliyyət göstərir. Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində təsdiqləyib.