1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kasperski Lab” Madriddə Şəffaflıq Mərkəzi açır
04.04.2019

Bakı, FinanceTime. "Kaspersky Lab" Madriddə Şəffaflıq Mərkəzi açır. Bu Sürixdə yerləşən anoloji mərkəz kimi, etibarlı tərəfdaşlar və hökumət təşkilatları üçün şirkət məhsullarının mənbə kodunu yoxlamaq, eləcə də, proqram təminatının hazırlanması sənədləri və məlumatların emalı prinsiplərini öyrənmək üçün təhlükəsiz və rahat mühityaradacaq. Mərkəz ilk qonaqlarını iyun ayında qəbul edəcək.

Struktur “Kaspersky Lab”ın 2017-ci ilin oktyabr ayında elan etdiyi informasiya açıqlığı qlobal təşəbbüsü çərçivəsində yaradılıb. Butəşəbbüstərəfdaşların və hökumət təşkilatlarının Kaspersky Lab məhsullarının və texnologiyalarının necə işləməsinə olan artan marağı ödəmək üçün bir sıra tədbirlərdən ibarətdir.

Mərkəzdə məlumat sadə və rahat şəkildə təqdim olunacaq. Qonaqlar müxtəlif məlumatlara çıxış əldə edəcəklər: “Kaspersky Lab”ın proqram təminatının hazırlanması prinsiplərindən və informasiyanın qorunması standartlarından tutmuş, şirkətin mənbə kodunun kritik hissələrinin dərin hərtərəfli təhlilinə kimi (Daha ətraflı kaspersky.com/transparency-center-offices)

"Bizməlumatların saxlanılması, işlənilməsi və “Kaspersky Lab” tərəfindən qorunması proseslərinin biznes insanları tərəfindən qavranılmasının necə vacib olduğunu anlayırıq. Məhz buna görə də biz Avropa şirkətlərinin, hökumət və nəzarət qurumlarının bu kimi suallara cavab tapa bilməsi üçün növbəti ŞəffaflıqMərkəzini açmaq qərarına gəldik. Məlumat təhlükəsizliyi dövlət qurumları və müştərilər üçün prioritetlərdən birinə çevrilir və biz məlumatların təhlükəsizliyini necə təmin etdiyimizi izah etməyə hazırıq. Bizim informasiya şəffaflığına dair qlobal təşəbbüsümüz məhz bunu nəzərdə tutur. Biz həmçinin təşəbbüsün miqyasının genişlənməsindən və onu dəstəkləyən tədbirlərin sayının artmasından çox məmnunuq”, - deyə Kasperski Lab şirkətinin dövlət qurumları ilə əlaqələr üzrə vitse-prezidenti Anton Şinqaryov bildirib.

"Kaspersky Lab" qlobal informasiya açıqlığı təşəbbüsü çərçivəsində artıq bir neçə addım atıb:

·         İstifadəçilərin İsveçrədəki Kaspersky Security Network vasitəsi ilə könüllü təqdim etdikləri məlumatlarınemal və saxlanması üçün əlavə infrastruktur yaratmağa başladı. 2018-ci ilin 13 noyabr tarixindən etibarən avropalı istifadəçilərdən kiber təhlükələrlə bağlı gələn məlumatlar Sürixdəki iki məlumat mərkəzində emal olunur.

·         Məlumatların emalı üzrə əlavə infrastrukturların yaradılması prosesinin 2019-cu ilin sonuna kimi tamamilə bitməsi gözlənilir.

·         “Böyük dördlüy”ə daxil olan şirkətlərdən biri ilə anti-virus bazalarının işlənilməsi və yayılması üzrə mühəndislik təcrübəsinin auditi üzrə əməkdaşlıq edir. Bu əməkdaşlığın məqsədi "Kaspersky Lab"-ın məhsullarının hazırlanmasında  sahənin ən yaxşı təcrübələrindən istifadə etdiyini müstəqil şəkildə təsdiqləməkdir.Bu ekspertizanın nəticələri haqqında SSAE 18 standartları əsasında aparılan sonuncu SOC 2 (The Service and Organization Control) hesabatının 2019-cu ilin ikinci kvartalında təqdim olunması nəzərdə tutulub;

·         “bug bounty”-də olan boşluqların tapılması proqramını təkmilləşdirməyə davam edir. Bu proqram çərçivəsində mükafatın artırılması elan edildəsindən sonra "Kaspersky Lab" kənar tədqiqatçılar tərəfindən aşkar edilmiş 50-dən çox boşluğu düzəldib və bunun müqabilində onlara ümumilikdə 17 min ABŞ dollarından çox vəsait ödəyib. Şirkət bu yaxınlarda “bug”-ların təhlili və axtarışı üçün məhsullarının siyahısını genişləndirib və əlavə olaraq ona Kaspersky Password Manager və  Kaspersky Endpoint Security для Linux həlləri əlavə edib.

·         "Kaspersky Lab" hesab edir ki, şəbəkəyə qoşulmuş cihazların sayının artması şəraitində şirkət və onun bütün prosesləri daha da şəffaf olmalıdır və buna görə də, öz həllərinin bütövlüyü və etibarlılığını təsdiq etmək üçün konkret addımlar atmağa davam edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment