1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb
07.03.2019

Bakı, FinanceTime.   “Kaspersky Lab” şirkətinin müşahidələrinə əsasən, 2018-ci ildə mobil cihaz istifadəçiləritarix boyunca kibercinayətkarların ən güclü hücumlarıilə rastlaşıblar. Zərərli mobil proqram təminatından istifadə ilə edilən hücumların sayı 12 ay ərzində demək olar ki, iki dəfə artaraq 117 milyona çatıb, bununla belə, mobil platformalarda bu zərərvericilərin sayı azalıb.Ekspertlər bunu cinayətkarların yeni yoluxdurma üsullarından istifadəsivə zərərli proqram təminatının yayılmasında artıq sınaqdan keçirilmişsxemlərin (məsələn, spam SMS-lər) daha da gücləndirilməsi ilə əlaqələndirirlər.

İlin əsas təhlükəsi isə sayı 1,5 dəfə artaraq yeni rekord qıran mobil bank troyanları olub. Ümumilikdə, 12 ay ərzində bu zərərvericilər 180 ölkədən 1,8 milyon istifadəçiyə hücum edib. “Kaspersky Lab” şirkətinin məlumatına görə, Azərbaycan smartfon və planşetlər üzərindən maliyyə təhlükələri ilə üzləşən istifadəçi sayının çoxluğuna görə bu ölkərin siyahısında ilk 10-luğa düşüb. Bu cür yüksəlişin əsas “günahkarları” –ikinci rübdən başlayaraq rekord sürətlə yayılan AsacubHqwartroyanlarıdır.

Lakin mobil bank troyanları sadəcə öz kütləviliklərinə görə fərqlənmirdilər. Kibercinayətkarlar məsələnin texniki tərəfinə də kifayət qədər önəm veriblər. Məsələn, onlar ən çox Androiddə “Accessibility Services”-dən istifadə edirlər: bu, onlara isitfadəçinin peşəkar kömək olmadan silə bilməyəcəyi şəkildə cihaza bağlanmağa imkan verir. Bundan başqa, cinayətkarların arsenalında dinamik analizə qarşı çıxan üsullar peyda olub, belə ki, Rotexy troyanı faylların təhlükəsizliyini yoxlamaq üçün modelləşdirilmiş mühitdə buraxılmasını da anlaya bilir. Obfuskasiya – yəni, məqsdəli qarışıqlıq – ilə birləşdikdə bu texnika daha da effektiv olur və antivirus vasitələri tərəfindən aşkarlanmasına mane olur.

Mobil maynerlərin sayı isə, əksinə olaraq, beş qat artıb. Ekspertlər bunu bir neçə faktorla əlaqələndirirlər. İlk növbədə, müasir mobil cihazlar daha güclü qrafik prosessorlarla komplektləşdirilir ki, bu da onları kriptovalyuta ovunda daha səmərəli vasitəyə çevirir. İkincisi, mobil cihazları virusa yoluxdurmaq nisbətən daha asandır, çünki istifadəçilər çox vaxt onun müdafiəsinə laqeyd yanaşırlar. Son olaraq, mobil cihazların sayı çoxdur və getdikcə də artmaqdadır.

“Mobil təhlükələr dünyası daimi olaraq sadəcə zərərli proqramların sayı və onların hər modifikasiyasında texniki cəhətdən mükəmməlləşməsi baxımından inkişaf etməsə də, hər iki proses ümumi gedişata təsir edir. Mobil cihazların sürətlə yayılması cinayətkarlar üçün başqalarının pulunu ələ keçirmək və önəmli informasiyaya keçid üçün yeni imkanlar açır və onlar, şübhəsiz ki, bu imkandan faydalanmaqdan çəkinmirlər. 2018-ci il göstərdi ki, bu və ya digər zərərvericinin sakitliyinin arxasından həqiqi bir epidemiya gələ bilər. Buna misal olaraq, Asacub bank troyanı və onun “həmkarlarını” göstərmək olar. İstisna olunmur ki, bu il biz digər təhlükəli zərərvericilərin intibahı ilə qarşılaşa bilərik”, - deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə eskperti Viktor Çebışev bildirib.

 

Ümumilikdə, kibertəhlükələrdən, eləcə mobil kibertəhlükələrdən müdafiə olunmaq üçün “Kaspersky Lab” şirkəti aşağıdakı tövsiyələri verir:

·         Tanışlarınız göndərmiş olsalar belə mail qutunuzda və messencerdə şübhəli keçidləri açmayın

·         mütəmadi olaraq proqramları və əməliyyat sistemi yenilənmələrini quraşdırın;

·         mütəmadi olaraq vacib məlumatların ehtiyat sürətini çıxarın;

·         tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırın və yalnız həmin tətbiq üçün müvafiq icazələri təsdiqləyin;

·         etibarlı müdafiə vasitəsindən edin, mobil cihazlarda da.

 

Mobil təhlükələrin inkişaf tendensiyası ilə bağlı daha ətraflı “Kaspersky Lab” şirkətinin hesabatında tanış ola bilərsiniz: https://securelist.ru/mobile-malware-evolution-2018/93451/.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment